Rusiya, ABŞ-dan polad və alüminium idxal rüsumları üçün təzminat istəyir
Rusiyanın, ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi və idxalçı ölkələrə milyardlarla dollar yük olan əlavə gömrük rüsumları üçün Dünya Ticarət Təşkilatına (DTT) təzminat ərizəsilə müraciət etdiyi bildirilir.
FED.az xəbər verir ki, "Reuters"ə danışan Rusiyanın DTT Daimi nümayəndəsi Gennadiy Oveçko, Rusiyanın ABŞ-ın tətbiq etdiyi əlavə gömrük rüsumları üçün təşkilata müraciət etdiyini deyib.