İran prezidenti Həsən Ruhani ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.
FED.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada deyib. Bildirib ki, Cavad Zərifin istefasının Ruhani tərəfindən qəbul edilməsi ilə bağlı yayılan iddialar həqiqətə uyğun deyil.
“IRNA” agentliyi isə bəyan edib ki, İran parlamentinin bir sıra deputatları prezident Ruhaniyə məktub yazaraq Zərifin xarici işlər naziri kimi vəzifəsinin icrasına davam etməsini istəyiblər.
Qeyd edək ki, İran xarici işlər naziri Məhəməd Cavad Zərif ötən axşam sosial şəbəkə vasitəsilə istefa verdiyini bəyan etmişdi. O, vəzifədə yol verdiyi nöqsanlara görə üzr istəmiş, həmçinin İran xalqına və hakim dairələrə ona göstərilən etimada görə təşəkkür etmişdi.
©Strateq.az