İran Prezidenti Həsən Ruhani, ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaların "rahatlıqla öhdəsindən gələcəklərini" qeyd edərək, "İrana qarşı zorakılıq, hədə və sanksiya dilində danışmaması lazım olduğunu ABŞ-a öyrədəcəyik",- deyib.
ABŞ-ın sanksiyalar ilə başqa şirkətlərə, xalqlara və dövlətlərə təzyiq etdiyini vurğulayan Ruhani, təkcə özlərinin deyil, Avropa Birliyi (AB) ölkələri və şirkətlərinin də Vaşinqton rəhbərliyinə qəzəbli olduğunu deyib.
Dünyadakı hər bir dövlətin siyasi mövqeyinin, o ölkəyə olan inam və verdiyi sözlərə olan hörməti ilə əlaqəli olduğunu qeyd edən Ruhani, "ABŞ yeni prosesdə verdiyi bir çox sözləri ayaqlar altına atıb. Qanunlara və qərarlara sadiq olmayan bir dövlət, digər dövlətləri də əmin-amanlıq, sabitlik və təhlükəsizliyə dəvət edə bilməz",- deyib.
Ruhani, "Sanksiyaların rahatlıqla öhdəsindən gələcəyik. Millətimizin birliyi və bərabərliyi ilə, İrana qarşı zorakılıq, hədə və sanksiya dilində danışmaması lazım olduğunu ABŞ-a öyrədəcəyik. ABŞ-ın, qədim bir millətə qarşı hər gün yeni bir bəhanə ilə qoçaqlıq göstərməsi qəbul edilməzdir", - deyib.