“Bu gün də rəhbər vəzifələrə təyinatlar olacaq”.
FED.az xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbər-ə açıqlamasında deyib.
O qeyd edib ki, prezidentin məqsədi ondan ibarətdir ki, nazir vəzifələrinə, ümumiyyətlə isə rəhbər vəzifələrə gənc və bacarıqlı, güclü mütəxəssislər, xarici dilləri bilənlər və müasir tipli kadrlar təyin olunmalıdır:
"Bunları da cənab prezident həyata keçirir. Bu gün də təyinatlar olacaq. Bu təyinatlara baxıb görəcəksiniz ki, cənab prezident gənc kadrları irəli sürür və onlara böyük etimad göstərir”.
ATV xeber