Azərbaycanda şəhid ailələri və müharibə iştirakşılarına dəstək üçün yaradılan "YAŞAT" Fondunun adından saxta üsullarla pul yığılması halları ortaya çıxıb.
FED.az xəbər verir ki bu barədə "ASAN Xidmə"tin yaydığı məlumatda bildirilir.
"Son günlər “YAŞAT” Fondunun adından istifadə edilməklə vətəndaşlara ianələrin ödənişi üçün saxta hesab nömrələri, linklər təqdim olunur, sosial şəbəkələrdə saxta səhifələr yaradılır. Bu cür linklərdə, sosial şəbəkələrdəki paylaşımlarda tamamilə təhrif olunmuş məlumatlar əks olunur. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət - FED.az) bildirir ki, bu cür addımların həyata keçirilməsi yolverilməzdir və həmin şəxslər barəsində qanunamüvafiq, tam ciddi məsuliyyət tədbirləri həyata keçiriləcək"-deyə ASAN Xidmət bildirir.
Bu cür hallarla qarşılaşan vətəndaşlarımızdan xahiş olunur ki, “YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələrinə və 108 “Çağrı” Mərkəzinə müraciət etsinlər.
“YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələri aşağıdakılardır:
“Facebook” - https://www.facebook.com/YASHATFondu
“İnstagram”- https://www.instagram.com/yashatfondu/
“Twitter” - https://twitter.com/yashat_fondu
“Linkedin” - www.linkedin.com/company/yaşat-fondu/
Fonda vəsait onlayn qaydada elektron ödəmə portalları, SMS vasitəsilə, bank köçürməsi vasitəsilə və ödəmə terminalları vasitəsilə toplanılacaqdır. Hazırda “ASAN ödəniş” portalı vasitəsilə də Fonda ianə göndərmək mümkündür. Keçid: https://asanpay.az/
"YAŞAT" Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq olar.