Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanı və Ermənistanı qoşunlarını geri çəkməyə, Azərbaycanı isə «hərbi əsirləri» qaytarmağa çağırıb.
FED.az xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət departamenti çıxış edib.
Bəyanatda bildirilir ki, ABŞ Ermənistan- Azərbaycan sərhədindəki son hadisələrdən, o cümlədən bir neçə erməni əsgərinin Azərbaycan qüvvələri tərəfindən tutulmasından narahatdır və hər iki tərəfi bu hadisəni təcili və sülh yolu ilə həll etməyə çağırır.
«Biz Azərbaycanı bütün hərbi əsirləri və digər məhbusları dərhal sərbəst buraxmağa çağırırıq və xatırladırıq ki, beynəlxalq humanitar hüquqa əsasən məhbuslara insani rəftar edilməlidir»-deyə sənəddə deyilir.
Vaşinqton son günlər Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi məsələsinə də toxunub. Bəyanatda deyilir ki, iki ölkə arasında beynəlxalq sərhədin müəyyən olunmamış hissələrində hər hansı bir hərəkəti «təxribat və lazımsız» hesab edir.
«Biz sərhədləri təyin etmək üçün güc tətbiqini rədd edirik və hər iki tərəfi əvvəlki mövqelərinə qayıtmağa və qeyd olunmamış sərhədin hərbiləşdirilməsini və minaların qoyulmasını dayandırmağa çağırırıq».
Eyni zamanda ABŞ tərəfi Azərbaycanı və Ermənistan qüvvələrini 11 May tarixində tutduqları mövqelərə qayıtmağa çağırır.
Vaşinqton bildirir ki, bu tədbirlər gərginliyi azaldacaq və dinc danışıqlar prosesi və təcili sərhəd demarkasiyası üçün yer yaradacaq. ABŞ bu səylərə töhfə verməyə hazırdır.
ABŞ Dövləti, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə nail olmaq üçün tərəfləri ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə substantiv danışıqlara qayıtmağa çağırır.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyi 28 il ərzində Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir ciddi iş görülməyib.
The United States is concerned by recent developments along the international border between Armenia and Azerbaijan, including the detention of several Armenian soldiers by Azerbaijani forces. We call on both sides to urgently and peacefully resolve this incident. We also continue to call on Azerbaijan to release immediately all prisoners of war and other detainees, and we remind Azerbaijan of its obligations under international humanitarian law to treat all detainees humanely.
The United States considers any movements along the non-demarcated areas of the international border between Armenia and Azerbaijan to be provocative and unnecessary. We reject the use of force to demarcate the border and call on both sides to return to their previous positions and to cease military fortification of the non-demarcated border and the emplacement of landmines. Specifically, we call on Azerbaijan to relocate its forces to the positions they held on May 11. We also call on Armenia to relocate its forces to the positions they held on May 11, and welcome statements of intent to this effect. These actions will de-escalate tensions and create space for a peaceful negotiation process to demarcate the border on an urgent basis. The United States is prepared to assist these efforts.
The United States urges the sides to return as soon as possible to substantive negotiations under the auspices of the OSCE Minsk Group Co-Chairs to achieve a long-term political settlement to the Nagorno-Karabakh conflict.