Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.
FED.az xəbər verir ki, elekanalın müxbiri Prezident İlham Əliyevə Rusiya ilə münasibıətlər barədə də suallar verib.
Müxbir: Kiçik bir sualım var. Bu münasibətdən sonra Siz Azərbaycanın etməyə çalışdığının qarşısını almaq üçün Rusiyanın hər hansı bir hərəkətə əl atacağından qorxmursunuz? Mən coğrafiyanı, dəhliz və sair məsələləri nəzərdə tuturam.
Prezident İlham Əliyev: Onların Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm.