Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Dövlət

  1. Ana səhifə
  2. Dövlət
  1. Dövlət

"İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı bütün ittihamları rədd edirik"

"İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı bütün ittihamları rədd edirik" | FED.az
14:25 13 Okt 2021

Prezident İlham Əliyev son günlər İran rəsmilərinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi davranışlara münasibət bildirib.

Eləcə də bax: İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib - TAM MƏTN

FED.az xəbər verir ki, dövlət başçısı oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bununla bağlı sualları cavablandırıb.

- İranla bağlı nələr baş verir?

- Ümumilikdə? Yoxsa ikitərəfli münasibətlərimizi nəzərdə tutursunuz?

- Bəli. Müəyyən narahatlıq, müəyyən problemlər var. Bununla bağlı nə etməyi planlaşdırırsınız? Belə başa düşürəm ki, Sizin İsrail ilə yaxın olmağınızdan onlar o qədər də məmnun deyillər. Belədirmi?

- Bilirsiniz, bu, bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq.

Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq.

Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, – demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik.

Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik.

Banner
Banner
  • prezident
  • müsahibə
  • İsrail
  • torpaqlar
  • ittiham
Paylaş

Digər xəbərlər

Apreldə qeyri-iş günləri açıqlandı - 12 GÜN İŞ OLMAYACAQ
Dövlət 22 Mart 2023
Apreldə qeyri-iş günləri açıqlandı - 12 GÜN İŞ OLMAYACAQ
Azərbaycan Türkiyənin dağılan ərazilərinin bərpasına - 100 MİLYON DOLLAR AYIRDI
Dövlət 22 Mart 2023
Azərbaycan Türkiyənin dağılan ərazilərinin bərpasına - 100 MİLYON DOLLAR AYIRDI
“Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa - Biz də onların ərazi bütövlüyünü tanımayacağıq”
Dövlət 18 Mart 2023
“Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa - Biz də onların ərazi bütövlüyünü tanımayacağıq”
Prezident İlham Əliev Talış kəndindən - XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN
Dövlət 18 Mart 2023
Prezident İlham Əliev Talış kəndindən - XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN
Milli Məclis hökumətin hesabatını - TƏSDİQ ETDİ
Dövlət 17 Mart 2023
Milli Məclis hökumətin hesabatını - TƏSDİQ ETDİ
Prezident icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM
Dövlət 17 Mart 2023
Prezident icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM
Putin İlham Əliyevə - ZƏNG ETDİ
Dövlət 17 Mart 2023
Putin İlham Əliyevə - ZƏNG ETDİ
Dövlət Xidməti rəisinin müavininə ali xüsusi rütbə verildi - SİYAHI - SƏRƏNCAM
Dövlət 16 Mart 2023
Dövlət Xidməti rəisinin müavininə ali xüsusi rütbə verildi - SİYAHI - SƏRƏNCAM
Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb - Yeni Nazir Təyin Olunub
Dövlət 16 Mart 2023
Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb - Yeni Nazir Təyin Olunub
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə - GÖRÜŞÜB
Dövlət 16 Mart 2023
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə - GÖRÜŞÜB
Ermənilər mövqelərimizi yenə - ATƏŞƏ TUTDU
Dövlət 15 Mart 2023
Ermənilər mövqelərimizi yenə - ATƏŞƏ TUTDU
Qarabağda özü enerji istehsal edən binalar tikiləcək – PREZİDENT AÇIQLADI
Dövlət 15 Mart 2023
Qarabağda özü enerji istehsal edən binalar tikiləcək – PREZİDENT AÇIQLADI
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • FED faiz qərarını açıqladı – 2006-CI İLDƏN SONRA İLK
    01:16 23 Mart 2023
  • "Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
    20:50 22 Mart 2023
  • "VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
    20:46 22 Mart 2023
  • "Xalq Bank" Bakıda və bölgələrdə işçilər Axtarır - VAKANSİYALAR
    20:42 22 Mart 2023
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 500-600-800-900-1000-1200-1400-1500-2500 manat - 25 VAKANSİYA
    20:37 22 Mart 2023
  • "Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:35 22 Mart 2023
  • "Baku Electronics" çoxsaylı işçilər yığır - VAKANSİYALAR
    20:31 22 Mart 2023
  • "Baku Steel Company LLC" işçi axtarır - VAKANSİYA
    20:29 22 Mart 2023
  • "Rabitabank" işçi axtarır - VAKANSİYA
    20:26 22 Mart 2023
  • "Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
    20:21 22 Mart 2023
  • Azərbaycanın məşhur produsseri Oqtay Əliyev – AVTOMOBİL QƏZASINDA HƏLAK OLUB
    19:47 22 Mart 2023
  • Daha bir ölkənin valyutası dollar qarşısında çökdü – 2 İLDƏ 50 DƏFƏ UCUZLAŞIB
    18:39 22 Mart 2023
  • Ermənistanın Müdafiə Nazirliyi “İtirdiyi” əsgərini tapıb - Gülünc vəziyyətə düşdü
    17:54 22 Mart 2023
  • Bakıya təyyarə ilə gizli şəkildə 93 ədəd “İphone”u - NECƏ GƏTİRMƏK OLAR? - GÖMRÜK MƏLUMAT YAYDI
    14:37 22 Mart 2023
  • Martın 23-nə olan hava proqnozu - AÇIQLANDI
    14:21 22 Mart 2023
  • Artıq səs-küy salmadan 2 ildə eyni qurumdan - 184 MİLYON MANATLIQ TENDER QAZANIB
    14:17 22 Mart 2023
  • Ruslar Türkiyəyə axışır: Yaratdıqları bizneslər 8 dəfə, aldıqları əmlaklar 3 dəfə artıb
    13:46 22 Mart 2023
  • Almaniyanın özəl klinika şəbəkəsi  Azərbaycanda işləmək üçün -  PREZİDENTƏ MÜRACİƏT ETDİ
    13:14 22 Mart 2023
  • Rusiya hökuməti büdcəni doldurmaq üçün - BİZNESDƏN PUL TOPLAYIR – YENİ QANUN
    11:06 22 Mart 2023
  • Apreldə qeyri-iş günləri açıqlandı - 12 GÜN İŞ OLMAYACAQ
    10:58 22 Mart 2023
  • Azərbaycan nefti sürətli ucuzlaşmadan sonra – YENİDƏN BAHALAŞIR - QİYMƏT
    10:18 22 Mart 2023
  • Azərbaycanda böyük «dəftərxana tenderi» elan edildi – ŞƏRTLƏR, TƏLƏBLƏR
    10:11 22 Mart 2023
  • Azərbaycan xaricə zəfərin ixracını - 3 DƏFƏ ARTIRIB - 1 KQ 1300 MANATDIR
    09:34 22 Mart 2023
  • Azərbaycan Türkiyənin dağılan ərazilərinin bərpasına - 100 MİLYON DOLLAR AYIRDI
    09:20 22 Mart 2023
  • Azərbaycanda şirkət öz səhmdarlarına dəyən - ZƏRƏRİ ÖDƏYƏCƏK
    09:16 22 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2500-4000 MANAT- VAKANSİYA
    21:01 21 Mart 2023
  • "Reel Agency" işçilər axtarır - MAAŞ 1300-1500-2000 MANAT - VAKANSİYALAR
    20:59 21 Mart 2023
  • "OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
    20:54 21 Mart 2023
  • "FLY INN BAKU" işçi axtarır - MAAŞ 1200-1400 MANAT - VAKANSİYA
    20:50 21 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    20:33 21 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYA
    20:17 21 Mart 2023
  • "Azconstruction" QSC işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
    20:15 21 Mart 2023
  • "PASHA Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:10 21 Mart 2023
  • Azərbaycan qara kürünü 300 dollara alır, 1000 dollara satır – ÖLKƏLƏR, MƏBLƏĞLƏR
    20:03 21 Mart 2023
  • Müdafiə Nazirliyi "əsir xəbəri" barədə - AÇIQLAMA YAYDI
    19:26 21 Mart 2023
  • Gömrükdən gizli külli miqdarda qızıl gətirirdi - AŞKAR EDİBLƏR
    18:13 21 Mart 2023
  • 2023-cü il üzrə dünyanın - ən yaxşı biznes məktəbləri - 173 BUSINESS SCHOOL - TAM SİYAHI
    16:59 21 Mart 2023
  • Türkiyənin ən varlı iş adamları məlum oldu – 21 NƏFƏRLİK SİYAHI
    16:37 21 Mart 2023
  • Dünya pasportlarının reytinqi açıqlandı: Azərbaycanlilar 69 ölkəyə - VİZASİZ GEDƏ BİLƏR
    16:12 21 Mart 2023
  • The Economist: Dünyanın bank sistemini «təmir etmək» vaxtı çatıb
    13:31 21 Mart 2023
  • "Unibank" işçi axtarır - VAKANSİYA
    20:34 20 Mart 2023
  • "Express Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:32 20 Mart 2023
  • Azərbaycanın ən böyük bankı - ABB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:30 20 Mart 2023
  • "AccessBank" işçi axtarır - VAKANSİYA
    20:22 20 Mart 2023
  • Publik Hüquqi Şəxs işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    20:19 20 Mart 2023
  • "Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
    20:16 20 Mart 2023
  • İki ölkə Putini həbs edəcəyini bildirdi – UKRAYNAYA GÖRƏ HƏBS ORDERİ İŞƏ DÜŞDÜ
    20:09 20 Mart 2023
  • Rusiyada Prezident Aparatının işçilərinə «iPhone» qadağan edildi – «YA TULLAMAQ, YA DA UŞAQLARA BAĞIŞLAMAQ»
    17:08 20 Mart 2023
  • Kriptovalyuta bazarına da «bahar gəlib» - QİYMƏTLƏR "UÇUR" – MƏBLƏĞLƏR
    13:49 20 Mart 2023
  • Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
    13:32 20 Mart 2023
  • Sabah yağış yağacaq - HAVA PROQNOZU
    13:21 20 Mart 2023
  • Azərbaycan ərazisi ilə «Kaşaqan» neftinin - NƏQLİ BAŞLADI
    13:08 20 Mart 2023
  • Bank rəhbərlərinə qarşı cəzaları sərtləşdirməyi – TƏKLİF ETDİ
    12:31 20 Mart 2023
  • Təcili: AZAL endirimlərə başladı – 10 ŞƏHƏR, TARİXLƏR
    12:18 20 Mart 2023
  • İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
    10:13 20 Mart 2023
  • Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
    09:48 20 Mart 2023
  • İranda TIR-lardan rüşvət tələb edilir - SÜRÜCÜLƏR AKSİYA KEÇİRDİ
    23:40 19 Mart 2023
  • "Para" BOKT çoxsaylı işçilər axtarır - MAAŞ 400-700-1000-1500 MANAT - 35 VAKANSİYA
    21:09 19 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    21:05 19 Mart 2023
  • SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
    20:56 19 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!