Ermənistanın sülh sazişinə dair noyabrın sonunda təqdim etdiyi təkliflər paketində müsbət irəliləyiş müşahidə olunur.
“Saziş imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq”
FED.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
“Noyabr ayının sonunda biz 70 günlük fasilədən sonra nəhayət ki, Ermənistandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini qəbul etmişdik. Təbii ki, mən onun mahiyyətinə varmaq istəməzdim. Hazırda onun üzərində iş gedir. Qısa olaraq onu qeyd etmək istərdim ki, bu sənədlər paketinə, bu təkliflər paketinə nəzər salanda görürük ki, bundan öncə təklif olunan təkliflər paketinin birə-bir təkrarlanması deyil. Burada bəlli bir müsbət irəliləyiş müşahidə olunur”, - nazir qeyd edib. (Apa)