Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizinin tikintisi uğurla inşa edilir, Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır.
Eləcə də bax: İlham Əliyev İranın yol və şəhərsalma nazirini - QƏBUL EDİB - TAM MƏTN
FED.az xəbər verir ki, bunu «Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır. Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platforması yaradılmışdır. Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək”, - İlham Əliyev İranın yol və şəhərsalma naziri Rüstəm Qasimini videoformatda qəbul edərkən bildirib.
İ.Əliyev İran şirkətlərinin azad edilmiş torpaqlarda – Qarabağ və Şərqi Zəngəzurda fəal işə başlayacaqlarına əmindir. “İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi, İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik”, - o qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, 10 min kvadrat kilometrdən böyük olan ərazidə quruculuq işlərinə start verilib.
İlham Əliyevin sözlərinə görə, Zəngəzur dəhlizinin yaradılması üzrə işlər davam edir.
“Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır”, - o qeyd edib.