Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Ermənistanın təxribatı nəticəsində - HƏRBÇİMİZ YARALANDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır", MN-in məlumatında deyilir.