“Azərbaycana səfərdən sonra baş nazir Paşinyanla əlaqə saxlayacağam və ona danışıqlarımızın nəticələrindən bəhs edəcəyəm”.
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə deyib.
“Bilirəm ki, Azərbaycan tam nizamlanma ilə bağlı bütün prosedurların başa çatmasına istiqamətlənib, bu mənə yaxşı məlumdur. Bu barədə danışacağıq”, - Rusiya lideri qeyd edib.