Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, beynəlxalq hüquq prinsipləri bütün ölkələr üçün ədalətli olmalıdır.
Eləcə də bax: “Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir”
FED.az xəbər verir ki, “Biz digər ölkələr kimi, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və bu barədə açıq şəkildə bəyan edirik, ağac arxasında gizlənmirik. Bəli, Rusiya ilə yaxşı münasibətlərimizin olduğunu inkar etmirik. Beynəlxalq hüquq prinsipləri siyasi üstünlük səbəbindən heç bir halda təhrif olunmamalıdır”, - İlham Əliyev cümə günü “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə bildirib.
Dövlət başçısının sözlərinə görə, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyü məsələsində seçici olub. “Hələ Ukrayna hadisələrdən əvvəl beynəlxalq birlik açıq formada hər zaman Gürcüstan və Moldovanın ərazi bütövlüyünü dəstəkləyib. Lakin iş bizə çatanda, aşağıdakı göndərmə duyurduq: “Ermənistanla sülh müqaviləsi bağlayın”. Sənin torpaqlarını işğal edən aqressor ilə necə sülh bağlamaq olar? Biz 17 il buna bunun üçün çalışmışıq, lakin əmin olduq ki, bu mümkün deyil. Daha sonra isə gördük ki, biz nə qədər sülhə nail olmağa çalışsaq, təcavüzkar bir o qədər aqressiv olur. Artıq Ermənistan bizi yeni müharibə ilə təhdid edirdi. Onlar deyirdilər: “Qarabağ - Ermənistandır”, indi isə deyirlər ki, “Qarabağ - Azərbaycandır”. Və bunu kimlər deyir? 2019-cu ildə Qarabağın Ermənistanın olduğunu deyənlər. Biz yeni reallqılar yaratdıq, öz əllərimizlə, öz gücümüzün hesabına, öz ruhumuzla”, - İ. Əliyev vurğulayıb. (İnterfaks-Azərbaycan)