"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində noyabrın 8 və 9-da qeyri-iş günü olacaq.
Bu barədə FED.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qeyri-iş günü Zəfər Günü və Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar olacaq.
Noyabrın 10-dan isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.












