Azərbaycanda qiymət artımının davam etməsi səbəbindən hökumət əhaliyə maliyyə dəstəyi tədbirlərini də davam etdirəcək.
Hökumət qoymət artımını saxlamağa çalışır - İQTİSADİ ŞURANIN 2 GÜN DAVAM EDƏN TOPLANTISI
FED.az xəbər verir ki, bu məsələ baş naziri Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın fevralın 17-18-də keçirilən toplantısında müzakirə edilib. Ümumiyyətlə sözügedən toplantı ölkədə qiymət artımının qarşısının alınması tədbirlərinə həsr edilib.
Həmçinin qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Prezidentin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. İclasda qeyd edilib ki, bu sosial paket 3,4 milyon nəfəri əhatə edib və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaiti ayrılıb.
Bununla yanaşı, iclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.