Qırğız Respublikasının Baş naziri Adılbek Kasıməliyev aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.











