Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.



            
                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







