Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib.
FED.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Dövlət Komitəsinin kollegiyasının 7 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib:
Kollegiyanın sədri Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri;
Kollegiyanın üzvləri: Gəray Fərhadov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini;
Fuad Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini;
Etibar Abdullayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri;
Tofiq Şamilzadə – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin maliyyə-mühasibat şöbəsinin müdiri;
Sənan Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri;
Natiq Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru.