Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır. Ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Vladimir Putinin sözlərinə görə, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollar təşkil edir.
"Hökumətlərarası komissiya aktiv işləyir", - Putin qeyd edib. (Apa)