Rusiya Prezidenti Vladimir Putin Moskvada Prezident İlham Əliyevlə görüşündə ölkənin Rusiya imperiyasının sərhədləri daxilində özünü bərpa etmək niyyətində olması ilə bağlı məlumatları təkzib edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb.
Putin İlham Əliyevi Ukrayna istiqamətində baş verən hadisələrlə bağlı da məlumatlandırıb: “Bilirsiniz ki, Rusiya dünən Donbasın iki xalq respublikasının suverenliyini tanımaq barədə qərar verdi. Demək istəyirəm ki, Rusiyanın İmperiya sərhədləri çərçivəsində imperiyanı bərpa etməyə hazırlaşdığı barədə spekulyasiyalar görürük. Bu, qətiyyən həqiqətə uyğun deyil”.