Rusiya Prezidenti Vladimir Putin Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümü ilə bağlı keçirilən təntənəli tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdiyini jurnalistlərə bildirib: “Bu gün Prezident İlham Əliyev və onun xanımı ilə salamlaşdıq. İki-üç kəlmə danışdıq”.
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransı zamanı deyib.
Moskva ilə Bakı arasında münasibətlərin vəziyyətini şərh edən Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə həmişə mövcud və ya hansısa siyasi vəziyyətə əsaslanan bəzi suallar yaranır, problemlər var:
“Lakin mən inanıram ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq”.