Rusiya prezidenti Vladimir Putin beşinci dəfə prezident kimi and içib.
FED.az xəbər verir ki, andiçmə mərasimi Böyük Kreml Sarayında baş tutub.
2600 qonağın iştirak etdiyi andiçmə mərasimi Rusiyanın dövlət bayrağı, Rusiya prezidentinin ştandartının və ölkə konstitusiyasının Böyük Kreml Sarayının Georgiyevsk, Aleksandrovski zallarından keçirilərək andiçmə mərasiminin keçiriləcəyi Andreyevski zalına gətirilməsi ilə başlayıb.
Daha sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri səhnəyə çıxıblar.
Putin Kremlin birinci korpusunda yerləşən iş otağından andiçmə mərasiminin keçiriləcəyi Andreysvki zalına yola düşüb.
Putin and içib və beşinci dəfə dövlət başçısı səlahiyyətlərinə başlayıb.
***
Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.
FED.az xəbər verir ki, andiçmə mərasimi Böyük Kreml Sarayında keçirilir.
2600 qonağın iştirak etdiyi andiçmə mərasimi Rusiyanın dövlət bayrağı, Rusiya prezidentinin ştandartının və ölkə konstitusiyasının Böyük Kreml Sarayının Georgiyevsk, Aleksandrovsk zallarından keçirilərək andiçmə mərasiminin keçiriləcəyi Andreyevsk zalına gətirilməsi ilə başlayıb.
Daha sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri səhnəyə çıxıblar.
Putin Kremlin birinci korpusunda yerləşən iş otağından andiçmə mərasiminin keçiriləcəyi Andreysvk zalına yola düşüb.
Kreml sarayında keçirilən andiçmə mərasimi ilə əlaqədar Moskvanın mərkəzində təhlükəsizlik tədbirləri görülüb.
Mərkəz rayonlarda mobil rabitə ilə bağlı problemlər yaranıb.
Qeyd edək ki, Putin bu gün andiçmə mərasimindən sonra beşinci dəfə dövlət başçısı vəzifəsinin səlahiyyətlərinə başlayacaq. Andiçmədən sonra Mixail Mişustinin başçılıq etdiyi hökumət istefaya gedəcək. Putin yeni baş nazirin təyinatı ilə bağlı Rusiya parlamentə müraciət edəcək. Kremlin sözçüsü Dmitri Peskov yeni hökumət sədrinin Putin tərəfindən bu gün parlamentə təqdimatının göndərə biləcəyini açıqlayıb. (Apa)