Xəbər verdiyimiz kimi, Orxan Səttarov Azərbaycan Prezidentinin Mətbuat katibi təyin edilib.
FED.az biznes və maliyqə xəbərləri portalı xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Orxan Səttarov bu təyinatadək 2019-cu ildən indiyə kimi Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub. Son təyinata qədər PA-nın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini daşıyıb.
O, əvvəllər “Vestnik Kavkaza” informasiya agentliyində çalışıb.
Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir. Qeyd edək ki, İsmət Səttarov bu vəzifədən əvvəl “ARB Media Qrupu”n rəhbəri olub.
Xatırladaq ki, Prezidentin mətbuat katibi vəzifəsi bir ildən çox idi ki, yeni təyinat gözləyirdi. Belə ki, 2025-ci il fevralın 17-də Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilsə də, yeni təyinat olmamışdı.













