Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri inzibati vəzifələrin üçüncü təsnifatına daxil edilib.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.