Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
FED.az-ın məlumatına görə, Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilib.
Qanuna əsasən, qanunda inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına dəyişiklik edilib və bu bölməyə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr əlavə edilib.