Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhədəki vəziyyətlə bağlı Azərbaycan xalqına müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə ölkə əhalisi ilə yanaşı, Ermənistana və dünya ictimaiyyətinə də mühüm mesajlar var.
Beləliklə...
1. Döyüşü Ermənistan tərəfi başlayıb
«Bu gün səhər Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə bizim yaşayış yerlərimizi, hərbi mövqelərimizi atəşə tutub. Heç kəsə sirr deyil ki, ilk artilleriya atəşini Ermənistan açıb, düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan acı məğlubiyyətlə barışdı.
2. Ermənistan ərazisinə keçməyəcəyik
«Bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, biz Ermənistan ərazisinə hərbi döyüşlər keçirə bilərdik. Ancaq bizim belə niyyətimiz və Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur».
3. 30 il davam edən danışıqlar nəticəsizdir
«30 ilə yaxındır ki, beynəlxalq danışıqlar aparılır. Bunun sonunda Ermənistan bütün prosesi iflic vəziyyətə salıb. Ermənistan baş naziri "Qarabağ Ermənistandır və nöqtə" deyəndən sonra hansı danışıqlardan söhbət gedə bilər?!»
4. Ermənistanın indiki rəhbərliyi ilə danışıqlar aparılmayacaq
«Azərbaycan heç vaxt xunta rejimi ilə danışıqlar aparmayacaq. Ermənistanın əsas məqsədi danışıqları pozmaq, status-kvonu saxlamaqdır. Halbuki beynəlxalq qurumlar dəfələrlə bunun əksini deyib.
5. İşğal edilən torpaqlara erməni ailələri köçürülür
«İşğal edilmiş ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparılır. Ermənistanın öz əhalisi az olduğu üçün xaricdə yaşayan ermənilər bu ərazilərə köçürülür. İşğal edilən ərazilərdə qanunsuz köçürmələr hərbi cinayətdir».
6. Azərbaycan izləri silinir, abidələrimiz təhqir edilir
«Kəndlərimizin adı dəyişir, abidələrimiz dağıdılır, təhqir edilir, məscidlərimizdə ermənilər inək-donuz saxlayır. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Onlar faşist, vandallardır».
7. Biz öz torpağımızda vuruşub Biz ərazi bütövlüyümüzü qoruyuruq
«Tarixi həqiqət bizim tərəfimizdədir. Bütün təşkilatlar bizim ərazi bötüvlüyünü tanıyır. Biz öz torpağımızda vuruşuruq, bu gün Azərbaucan Orduzu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərinin bizim torpaqda nə işi var?!»
8. İşğala son qoyulacaq
«Bu işğala son qoyulmalıdır və qoyulacaq. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir və Nida işarəsi!»