Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Xarici İşlər nazirinin müavini Nadir Hüseynov vəzifəsindən azad olunub və onun yerinə Fariz Rzayev təyin edilib.
Eləcə də bax: Saatlının yeni icra başçısı kimdir? - DOSYE
FED.az xəbər verir ki, Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında eyni ixtisas üzrə magistr təhsili alıb.
2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.
F.Rzayev 3 iyun 2013-cü ildə Təhsil Nazirliyinin Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir təyin edilib. 2017-ci ilin yanvar ayında Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat alıb. Həmin il Birinci vitse-prezidentin Katibliyinin rəis müavini təyin olunub.
“MediaPost”