Məlum olduğu kimi, bir neçə gün əvvəldən Azərbaycanda ehtiyatda olan hərbi qulluqçuların hərbi təlimlərə cəlb edilmələri prosesinə start verilib.
FED.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Administrasiyanın Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev həmin təlimlərin məqsədini açıqlayıb.
«Kapital Bank»dan səfərbərliyə gedən işçilərlə bağlı – AÇIQLAMA
«Həyata keçirilən hərbi təlimlər bir çox əhəmiyyətli məqamlara əsaslanır və eyni zamanda, mühüm hərbi əməliyyat planı olaraq orduda döyüş vərdişlərinin möhkəmlənməsində və hərbi qulluqçuların qələbəyə inamının güclənməsində əsas əhəmiyyət kəsb edir.
DİN "Pikap"ların saxlanılmasının səbəbini - Açıqladı
Son illər Azərbaycanın ordu quruculuğunda xüsusi önəm verilən məsələlərdən biri də müxtəlif təyinatlı hərbi bölmələrdə müntəzəm xarakterli təlimlərin keçirilməsidir. Bu amildən çıxış edərək deyə bilərəm ki, zəruri hallarda ehtiyatda olan hərbi mükəlləfiyyətlilərin də təlimlərə cəlb edilməsi hərbi planların tərkib hissəsidir.
Digər tərəfdən, ordumuzun hərbi arsenalına daxil edilən müasir silah və texnikaların, çoxsaylı hərbi təchizat mexanizmlərinin, habelə döyüş sirlərinin öyrənilməsi baxımından da ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi olduqca vacibdir.
Daha dəqiq desəm, orduda insan amili nə qədər önəmlidirsə, onun silahlanması, hərbi gücü də ən vacib məqamlardandır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycanın Cənubi Qafqazın ən güclü ordusuna sahib olması reallığı da bunu isbat edir. Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır. Bu gün Azərbaycan ordusunun arsenalında olan silah-sursata və texnikaya dünyanın əksər dövlətlərinin orduları həsəd apara bilər.
Ümumiyyətlə, hərbi təlimlər ehtiyatdan çağırılan hərbiçilərin - əsgərin, gizirin və zabitin həyatında çox əhəmiyyətlidir. Bu cür sınaqlar onların hərbi bacarığını təsdiqləməklə yanaşı həm döyüş ruhunu artırır, həm də hərbi vərdişləri daha da təkmilləşdirir.
Azərbaycan Ordusunun şəxsi heyəti ilə birgə mütəmadi olaraq cəbhə xəttində genişmiqyaslı döyüş təlimlərinin keçirilməsi qeyd etdiyim əsaslara söykənməkdədir.
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında və ordunun illik döyüş hazırlığı planına müvafiq olaraq keçirilən təlimlərə müxtəlif təyinatlı döyüş bölmələri ilə yanaşı, ehtiyatda olan zabit, gizir və əsgərlərimiz də cəlb olunurlar ki, bu da döyüş ruhunun artmasına, düşmənin təlaşlanmasına, qorxuya düşməsinə səbəb olmaqdadır.
Əbəs deyil ki, artıq erməni mediası və sosial şəbəkə seqmentləri ehtiyatda olan hərbçilərimizin hərbiyə çağırılmalarından böyük sarsıntı keçirdiklərini gizlətmirlər».