Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahda sərt karantin rejiminin müddətinin uzadılmasına həsr edilən növbəti brifinqi keçirilir.
FED.az xəbər verir ki, tədbirdə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, “Asan Xidmət”in rəhbəri Ülvi Mehdiyev və Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov iştirak edir.