Hazırda dövlət büdcəsinə dəyişikliklə bağlı müzakirələr gedir.
FED.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın iyulun 20-də keçirilən brifinqində deyib.
Eləcə də bax: Maliyyə Naziri: Büdcədə vəsait çatmayacaq, əlavə pul lazımdır – PREZİDENT RAZILAŞDI
“Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edildi ki, hazırda büdcə icrasında hər hansı çətinliyimiz yoxdur. Büdcənin gəlir hissəsi profisitlə icra edilib, xərclərdə normal dinamika var. Ona görə bu gün büdcəyə təcili dəyişiklik edilməsinə ehtiyac yoxdur”, - deyə Ş.Mövsümov qeyd edib.