“Avqustun 5-dən yumşalmaya gedəcəyik”.
FED.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
O deyib ki, bununla belə, insanlar sosial məsafəni qorumalı, maska taxmalı, gigiyenaya diqqət yetirməlidir: “Ancaq qaydalara əməl olunmasa, yoluxmanın səviyyəsi artsa, yenidən sərtləşdirməyə getmək məcburiyyətində qala bilərik” (APA).