“Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir”.
FED.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş klastr adlanan, yəni kasetli bombalardan istifadə olunur və Azərbaycanın şəhərlərinə atılır: “Bununla da Ermənistan dövləti özünün terrorçu dövlət olduğunu, öz xislətini göstərir. Əmin ola bilərsiniz ki, düşmənə layiqli cavab verilir.
Özünü qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti təqdim edən Araik Arutyunyan atəşə əmr verdiyini deyib. Ona demək istəyirəm ki, Araik Arutyunyan, sən ön xətdə deyilsən, bunkerdə gizlənmişdin. Azərbaycan Silahlı Qüvvələri sənin yerini tapdı və cavabın verildi. Məlumata görə, hazırda Araik Arutyunyan ağır yaralıdır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün böyük təhlükə olaraq qalmaqda davam edir. Ermənistanın siyasi-hərbi rəhbərliyi bütün region üçün təhlükədir