Prezident İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfər edib.
FED.az xəbər verir ki, prezident 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib.
Manatla kreditlər, suvarma, günəş enerjisi və dəmiryolu - AZƏRBAYCANLA AİB-İN - YENİ LAYİHƏLƏRİ
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib.
Prezident Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra açılışında da iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Eləcə də İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib və bir qrup idmançı ilə görüşüb