Prezident Administrasiyasına müraciət edən müəlliflərin bir qisminin məsələlərinə dəfələrlə baxılıb müvafiq cavab verilsə də, onlar hər il israrla çoxsaylı müraciətlər göndərməkdədirlər. Onların bir çoxunun şikayətləri qanunun tələblərinə uyğun olaraq araşdırıldığına baxmayaraq, həmin şəxslərdən Administrasiyaya illərdən bəri müxtəlif mövzularda çoxsaylı müraciətlər daxil olur.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
Eləcə də bax: Prezidentə ən çox bu tikinti şirkətlərindən – ŞİKAYƏT EDİRLƏR – SİYAHI
Eləcə də bax: Prezidentə ən çox bu rayonlardan – ŞİKAYƏT EDİRLƏR – SİYAHI
Onun sözlərinə görə,
Ağdamdan Rasim Hüseynov,
Səxavət İbayev,
Bərdədən Zahid Mikayılov,
Biləsuvardan Tacəddin Əliyev,
Binəqədidən Roza Hümbətova,
Zərbani Ağayeva,
Füzulidən Ceyhunə Quliyeva,
Goranboydan Qinyaz Süleymanov,
Göygöldən Nübar Qafarova,
Laçından Xanlar Tarverdiyev,
Lənkərandan Nazim Məmmədov,
Lerikdən İlham İbadov,
Masallıdan Əlizaman Bədirov,
Mingəçevirdən Vaqif Hüseynov, Yaşar və Sahibə Rəsulovlar,
Nərimanovdan Kamran Rəcəbov, Rəşad Səlimli, Ülviyyə Baxşiyeva,
Saatlıdan Rəsul Ağayev,
Sabunçudan Nəcəf Cəfərli, Aleksandra Smolyaninova, Bahar Əhmədova,
Şəmkirdən Sakit İsmayılov,
Sumqayıtdan Ceyhun Əlizadə, Vaqif Əliyev,
Suraxanıdan Rəşid Rzayev, Aygün Əmiraslanova,
Tərtərdən Cəfər Hüseynov, Elçin Məmmədov,
Ucardan Şahlar Ələkbərov,
Xətaidən Svetlana Quliyeva,
Yasamaldan Əzizağa İmanov, Yelena Yusupova, Sevil Səfərova,
Eləcə də digər şəhər və rayonlardan başqaları keçən il də müxtəlif mövzularda çoxsaylı müraciətlər göndəriblər.
S.İsmayılov bildirib ki, «Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən və özünü hüquq müdafiəçisi adlandıran bəzi “mirzələr” də vardır. Belə “mirzələr” onlara müraciət edən vətəndaşların inamından sui-istifadə edərək yuxarı dövlət orqanlarına ard-ardınca əsassız müraciətlər göndərməyi özlərinin əsas məşğuliyyətinə çeviriblər. Bunlardan özünü hüquq müdafiəçisi hesab edən Yaşar Ağazadə təkcə 2019-cu ildə Prezident Administrasiyasına 300-dən çox müraciət göndərib.