Xəbər verdiyimiz kimi, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir.
FED.az xəbər verir ki, tədbirdə iştirak edən məşhur ukraynalı jurnalist Dmitri Qordon prezidentə Ukraynadakı müharibə barədə sual verərək ondan məsləhət istəyib:
“Biz Ukraynada sizin rəhbərliyiniz altında öz torpaqlarınızı işğaldan azad edilməsini maraqla izləmişdik. Bu, bizi ruhlandıran bir nümunədir. Ukraynalılar sizə minnətdardır. Çünki siz dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və müstəqilliyinə dəstəyinizi bəyan etmisiniz. Biz bunu unutmarıq.
Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?”
Dövlət başçısı isə Qordonun sualına belə cavab verib:
“Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”.
Prezident İlham Əliyevin bu cavabı sosial şəbəkələrdə geniş yayılıb.