Prezident İlham Əliyev “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcəklər.
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandırmalıdır.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.