FED.az xəbər verir ki, Qax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzaladı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qax rayonunun əhalisi 28701 nəfər olan 17 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon (bir milyon bir yüz doxsan min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Qax rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si |
Yaşayış məntəqələri |
Quyuların sayı, ədəd |
Əhalinin sayı, nəfər |
|
Almalı kəndi |
1 |
2167 |
|
Baydarlı kəndi |
1 |
440 |
|
Dəymədağlı kəndi |
1 |
883 |
|
Əlibəyli kəndi |
1 |
1842 |
|
Güllük kəndi |
1 |
2564 |
|
İbaxlı kəndi |
1 |
656 |
|
Kiçik Alatəmir kəndi |
1 |
38 |
|
Qax şəhəri |
1 |
14401 |
|
Qaradolaq kəndi |
1 |
201 |
10. |
Qındırğa kəndi |
1 |
129 |
11. |
Qıpçaq kəndi |
1 |
738 |
12. |
Qorağan kəndi |
1 |
1382 |
13. |
Lələpaşa kəndi |
1 |
486 |
14. |
Marsan kəndi |
1 |
825 |
15. |
Turaclı kəndi |
1 |
1048 |
16 |
Uzuntala kəndi |
1 |
156 |
17. |
Zərnə kəndi |
1 |
745 |
Cəmi |
17 |
28 701 |