Azərbaycanda dövlət satınalmaları tenderlərinə qoşulmaqla bağlı tələblər sərtləşdirilir.
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin fərmanı ilə «Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə»yə dəyişiklikdə nəzərdə tuulur.
Eləcə də bax: "Dövlət satınalma qaydaları - DAHA DA TƏKMİLLƏŞDİRİLƏCƏK"
Dəyişikliyə əsasən, «Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə»»nin 3.3.13-cü yarımbəndinə “öhdəliklərin” sözündən sonra “, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud” sözləri əlavə edilib.
Eləcə də bax: Azərbaycanda ən az tender keçirən rayonlar – SİYAHI, MƏBLƏĞLƏR
Başqa sözlə, tenderə qatılmaq istəyən iş adamlarının vergi borclarının olmaması ilə yanaşıı, son bir ildə Vergi ilə bağlı probleminin olub olmaması da nəzərə alınacaq.