Bu gün Prezident İlham Əliyev “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini dinləyib.
FED.az xəbər verir ki, sakinlərlə görüş zamanı Bakı sakini olan Məmmədova Səmayə İbrahim qızı dövlət başçısına yaxınlaşaraq banka olan 6 min manat borcunun silinməsini xahiş edib.
Yaşlı qadın Prezidentə qəzaya düşdüyü üçün krediti ödəməkdə çətinlik çəkdiyini bildirib. Bundan başqa S.Məmmədova nəvəsinin Qərb Universitetində təhsil aldığını və onun 2500 manat təhsil haqqını ödəyə bilmədiyini də deyərək ondan kömək istəyib. Dövlət başçısı qadının probleminin həlli üçün müvafiq göstəriş verib.