Dövlət

Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib - FƏRMAN

Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib - FƏRMAN | FED.az
15:58 8 Aprel 2020

FED.az xəbər verir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Prezident  İlham Əliyev Fərman imzaladı:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839; 2017, № 9, maddə 1651; 2018, № 1, maddə 42, № 4, maddə 656, № 12 (I kitab), maddə 2569; 2019, № 5, maddə 854) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “güzəştli kreditlərin” sözlərindən sonra “, təminatların” sözü əlavə edilsin.

2. 2.0.3-cü yarımbəndə “kreditlər” sözündən sonra “və həmin kreditlərə təminat” sözləri əlavə edilsin.

3. aşağıdakı məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilsin:

“3.0.1-1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək;”.

 

Digər xəbərlər