"Koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi. Əminəm ki, bütün vətəndaşlar bu qaydalara əməl edəcəklər".
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
Eləcə də bax: Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır - XƏBƏRDARLIQ
"Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Əfsus ki, dövlət tərəfindən bütün qəbul edilmiş qərarlar və atılan addımlara baxmayaraq, dinamika artır və bunun ən səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir", - dövlət başısı əlavə edib.
Report