Prezident İlham Əliyev «Dövlət rüsumu haqqında» qanuna dəyişikliyi təsdiqləyib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən dövlət rüsumlarının sirasına yeniləri əlavə edilib.
Belə ki, qanuna edilən 22.0.40-cı və 22.0.41-ci maddələrə əsasən döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın, eləcə də döyüş sursatının layihələndirilməsi, istehsalı və sınaqdan keçirilməsi, quraşdırılması, təmiri və texniki xidmət göstərilməsi, saxlanılması və utilizasiyası üçün 10-50 min manat arasında rüsumlar müəyyən edilib.
Yeni rüsumlar aşağıdakı kimidir:
22.0.40. Döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın: |
|
22.0.40.1. layihələndirilməsi |
10000 manat |
22.0.40.2. istehsalı və sınaqdan keçirilməsi |
50000 manat |
22.0.40.3. quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi |
12500 manat |
22.0.40.4. saxlanılması |
12500 manat |
22.0.40.5. utilizasiyası |
10000 manat |
22.0.41. Döyüş sursatının: |
|
22.0.41.1. layihələndirilməsi |
10000 manat |
22.0.41.2. istehsalı və sınaqdan keçirilməsi |
50000 manat |
22.0.41.3. təmiri və texniki xidmət göstərilməsi |
12500 manat |
22.0.41.4. saxlanılması |
12500 manat |
22.0.41.5. utilizasiyası |
10000 manat |