İsmayıllı rayonuna səfər edən Prezident İlham Əliyev yeni dayanacaqla tanış olub.
Eləcə də bax: İsmayıllıda 2 yeni - ZAVOD AÇILACAQ
FED.az “qafqazinfo”ya istinadən xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Prezidentə məruzəsində həmin dayanacaqlardan daha 3 yerdə qoyulacağını bildirib:
Prezident İlham Əliyev: Bu, yeni dayanacaqdır?
Nahid Bağırov: Bəli, cənab Prezident. Bunu ilk dəfə olaraq İsmayıllıda tətbiq etdik.
Prezident İlham Əliyev: Gözəldir.
Nahid Bağırov: Bundan şəhərimizdə üç yerdə qoymağı nəzərdə tutmuşuq. Həmçinin elektrobus da sifariş etmişik. Yeni dayanacaq səkkiz oturacaqlıdır. Bu, yerli məhsuldur, cənab Prezident.
Prezident İlham Əliyev: Bu, harada istehsal olunur?
Nahid Bağırov: Azərbaycanda, Balaxanıda, texnoparkda.
Prezident İlham Əliyev: Texnoparkda?
Nahid Bağırov: Bəli, cənab Prezident, icazə versəniz, bunun filialını İsmayıllıda açardıq. Sahibkar özü də istəyir.
Prezident İlham Əliyev: Əlbəttə, açın, həm buranı, həm də ətraf rayonları nəzərə alın. Düzdür, indi turizm yoxdur, amma karantin bitsin, hesab edirəm ki, daxili turizmlə bağlı yaxşı işlər görüləcək.
Nahid Bağırov: Artıq onunla da bağlı işlərə başlamışıq.
Prezident İlham Əliyev: Çox yaxşı.
Nahid Bağırov: Çox sağ olun, cənab Prezident.