Baş nazirinin birinci müavini Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.
FED.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.