Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Eləcə də bax: Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi - LƏĞV EDİLİB
Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.
Ali Attestasiya Komissiyasından fakt təsdiqlənib.
Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı.
Eləcə də bax: Prezident daha bir məmuru - İŞDƏN AZAD ETDİ
Report