Prezident İlham Əliyevin sərəncamı ilə Xələfov Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Eləcə də bax: Gürcüstan prezidenti Azərbaycandan nə istəyir?
FED.az Qaynarinfo-ya istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə X.Xələfov Prezidentin sərhəd və xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.
Eləcə də bax: SOCAR-da yeni təyinatlar olub - SİYAHI
Bundan əvvəl Xələfov Xələfov Nazirlər Kabineti aparatının rəhbəri vəzifəsində çalışıb. X.Xələfovun XİN nazirinin müavini vəzifəsinə təyinatı və ona Prezidentin sərhəd və xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinin həvalə edilməsi Azərbaycanla Gürcüstan arasında son günlər güclənən sərhəd mübahisəsi fonunda baş verib.
Böyük ehtimalla X.Xələfovun bu vəzifədə əsas işi Gürcüstanla sərhəd danışıqları aparmaq olacaq.
Prezident Xələf Xələfovu nazir müavini - TƏYİN ETDİ
23:08
3 May 2019