Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib.
Eləcə də bax: İlham Əliyev Davos İqtisadi Forumunun - PREZİDENTİ İLƏ GÖRÜŞÜB
Söhbət zamanı perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.