Prezident İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş “Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib.
Eləcə də bax: Prezident büdcədən pul ayırdı - SƏRƏNCAM
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət başçısının iştirakı ilə “Azərbaycan” gəmi-bərəsinin suya salınması, yeni alınan “Şahdağ”, “Xocalı”, “Quba”, “Murovdağ” və “Savalan” platforma-təchizat gəmilərinin istifadəyə verilməsi mərasimləri də olub.