FED.az xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Eləcə də bax: Prezident büdcədən pul ayırdı - SƏRƏNCAM
Sərəncamla Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon 610 min manat ayrılıb.