Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1397-VQD nömrəli Qanununun tətbiqi barədə” sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, qanunun Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi arasında yaranan ziddiyyət aradan qaldırılmasını nəzərdə tutur.
ELƏCƏ DƏ BAX: Bütün dövlət təşkilatlarına aiddir - PREZİDENTDƏN SƏRƏNCAM
Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcud olub. Növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında deyil, 7 il əvvəl Prezident seçildiyi ayda bitir. Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada təsdiqlənib. Beləliklə, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).
Xatırladaq ki, 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində İlham Əliyev 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Prezident seçkilərinə dair dəyişiklik – TƏSDİQLƏNDİ
19:10
10 Yan 2019